Bir ölkənin ÜST rəhbərini dəyişməsi mümkün deyil – Rəsmi
Bizi izləyin

Nida Xəbər

Bir ölkənin ÜST rəhbərini dəyişməsi mümkün deyil – Rəsmi

15 ildir ÜST üçün çalışıram və heç zaman indiki kimi təşkilatımla qürur duymamışam.

Publika.az xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı ÜST-ün son zamanlar tənqidlərə məruz qalması haqda danışarkən deyib.

Onun sözlərinə görə, ÜST çox qısa zamanda xəstəliyə reaksiya verdi və mübarizə əzmini ortaya qoydu: “Bu kimi təşkilatların tənqid olunması çox normaldır. Hər ilin may ayında ÜST-ün 194 üzv ölkəsinin iştirakıyla Cenevrədə bir həftə boyunca bütün məsələlər o cümlədən, iqtisadi məsələlər müzakirə olunur. Tarixdə ilk dəfə bu, onlayn baş verəcək.

ÜST ona maliyyə yardımı göstərən hər bir ölkəyə ilin yekununda öz hesabatlarını təqdim edir və şəffaflığını qoruyur. Dəyərləndirmə hesabatımız öz saytımızda var. Maraqlananlar daxil olub baxa bilər”.

ÜST-ün rəhbərinin dəyişdirilməsi ehtimalı haqda danışan Hande Harmancı rəhbərin bütün ölkələr tərəfindən seçki vasitəsilə seçildiyini açırqayıb: “Ölkələrin verdiyi səslərlə seçilən ÜST rəhbərini yalnız bir ölkə rəhbərinin dəyişməsi mümkün deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm