Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edildi
Bizi izləyin

Nida Xəbər

Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edildi

Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov məlumat verib.

O bildirib ki, dəyişikliklərlə bağlı ictimai dinləmələr keçirilib, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektin nümayəndələri, habelə ictimaiyyət təmsilçiləri burada iştirak edib.

Deputat əlavə edib ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektin nümayəndələri ilə müzakirələr zamanı deputatların irəli sürdüyü bəzi təkliflər nəzərə alınıb.

Bəlli olub ki, deputat Qüdrət Həsənquliyev və vitse-spiker Adil Əliyevin irəli sürdüyü bəzi təkliflər nəzərə alınıb.

Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm