Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələdi
Bizi izləyin

Nida Xəbər

Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələdi

"Sosial şəbəkələrdə, xüsusilə, informasiya müharibəsi konteksində çox aktiv fəaliyyət həyata keçiririk. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq orada da aktiv olmağa məcburuq. Xüsusilə son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər".

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

"Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi", - deyə T.Gəncəliyev vurğulayıb.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm