Siyavuş Novruzov: torpaqlarımızın işğalına belə şərait yaratdılar, babalarımızı...
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: torpaqlarımızın işğalına belə şərait yaratdılar, babalarımızı...

"Mən Qarabağ və Əfqanıstan veterenları adından çıxış edərək deyirəm ki, onlar da Şuşada vəfat edənlərə rəhmət diləyir və Ali Baş Komandanın əmri altında Şuşanın işğaldan azad edilməsinə hər an hazır olduğunu bəyan edirlər".

Publika.az xəbər verir ki, bu sözləri parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri böyük vətən mühariibəsində 9 may qələbə gününü 75-ci ildönümü haqqında da danışıb: “Azərbaycanın bu müharibədə iştirakı iki faktor baxımından əhəmiyyətli olub. Birincisi, böyük insan qüvvəsi və təchizat. Əlbəttə, müharibə zamanı neft amili, zavodlar, fabriklər, qaçqınların yerləşdirilməsi mühüm hal idi. Amma Azərbaycanda elə bir ailə yoxdur ki, onun bir üzvü bu müharibədə vəfat etməsin və ya əlil olmasın. Burada əyləşənlərin hər birinin ailəsində bu baş verib. Mənim iki babam müharibədə iştirak edib. Onlardan biri 1943-cü ildə Ukraynada vəfat edib, digəri Yaponiyaya qədər gedib çıxıb”.

S. Novruzov əlavə edib ki, 1992-1993-cü ildə hakimiyyətdə AXC iqtidar olanda bu qələbənin üzərindən xətt çəkib: “Bizim babalarımızı xain adlandırmaqla torpaqlarımızın işğalına şərait yaratdılar. Milli lider hakimiyyətə gələndən sonra bu ədalətsizlik aradan qaldırıldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm