Nida Xəbər
İranın Birinci vitse-prezidenti Əli Əsədovdan nəyi xahiş edib? - RƏSMİ
Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.
Yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb.
İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. İran tərəfi mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmaları barəsində məlumatlandırılıb.
İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib.
Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!