Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə danışdı
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə danışdı

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xari işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

XİN-dən Publika.az-a verilən məlumata görə, tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, xüsusilə də hazırkı vəziyyətdə yükdaşımaların genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər də daxil olmaqla, həyata keçirilən əməkdaşlıq məsələlərindən bəhs ediblər.

Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn milli günlər münasibətilə təbrik ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm