İlham Rəhimov SÖZÜNDƏ DURDU: Tovuza təcili yardım maşını hədiyyə olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

İlham Rəhimov SÖZÜNDƏ DURDU: Tovuza təcili yardım maşını hədiyyə olundu - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan kökənli iki milyarder - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan prezidentinin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər.

Publika.az xəbər verir ki, professor İlham Rəhhimov o zaman "Yeni Müsavat" qəzetinin əməkdaşına həmin avtomobillərdən birinin sərhəd bölgəsi olan Tovuza bağışlanacağını bildirmişdi.

Bu günlərdə Tovuzdan Musavat.com-a verilən məlumata görə, professor sözünün üstündə durub və ölkə səhiyyəsi üçün nəzərdə tutulan hədiyyə ambulanslardan biri - tam təchizatlı, "Folksvagen" markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm