Nida Xəbər
Azərbaycan ordusu bütün tapşırıqların öhdəsindən gəldi - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə keçirilən iki tərəfli komanda-qərargah təlimi başa çatıb.
Publika.az xəbər verir ki, təlimin planına əsasən qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilib.
Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüter dəstəkli təlimdə qiymətləndirilib.
Təlimin sonunda fəaliyyətlərin təhlili aparılan zaman komandir və qərargahların döyüşün planlaşdırılması üzrə idarəetmə vərdişlərinin təkmilləşdirildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində isə müvafiq tapşırıqlar verilib.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər