• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı

Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR