Elmar Məmmədyarov gürcüləri təbrik etdi
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov gürcüləri təbrik etdi

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə nazirin gürcüstanlı həmkarı Davit Zalkalianiyə ünvanladığı təbrik məktubunda bildirilib.

E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibət və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, iki ölkə arasında ənənəvi yaxşı və məhsuldar əməkdaşlıq xalqlarımızın rifahı naminə inkişaf edəcək və güclənəcək”. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm