• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Deputat: "Hamı kimi gözləyirəm, maaşı alım, krediti ödəyim"

Deputat: "Hamı kimi gözləyirəm, maaşı alım, krediti ödəyim"

“Uzun müddətdən sonra sabit əməkhaqqı almağa başlamışam. Deputat kimi maaş alıram, həm də təmsil etdiyim partiya da dövlət büdcəsindən maliyyələşir. Hazırda durumum qənaətbəxşdir. Oğlum da işləyir".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, əvvəllər vəziyyəti yaxşı olmayıb: "İndiyə qədər kimdənsə şəxsi nəsə xahiş etməmişəm. İki qardaşım var, yüksək vəzifələrdə çalışıblar, amma 1993-cü ildən işsizdirlər... Bacılarımın övladları da işləmirlər, biri ali təhsillidir, taksi fəaliyyəti ilə məşğuldur. Nə özümün, nə də yaxın qohumlarımın biznesi var. Əvvəla illərlə buna şərait olmayıb, sonra da... Ümumiyyətlə, belə şeylər mənə yaddır. Tanıyanlar bilirlər ki, milli azadlıq hərəkatına küçədən, çayxanadan gəlməmişdim. Hakim olmuşam, qazanmaq imkanlarım olub, amma könüllü imtina etmişəm ki, xalqımdan fərqlənməyim. Görürsünüz, düşmənlərim belə deyə bilmirlər ki, Tahir Kərimlinin biznesi, villası var...”

T.Kərimli qeyd edib ki, sadə insanlar kimi əməkhaqqı alır, kredit ödəyir: “Hamı kimi gözləyirəm ki, maaşı alım, krediti ödəyim. Əlavə hər hansı gəlir mənbəyim yoxdur. Biznesimin olması ilə bağlı deyilənlər böhtandır. Bunu üzə çıxarsalar, dərhal istefa verəcəyəm. Hətta yaxın qohumlarıma məxsus hər hansı biznesi də aşkar etsələr, bu addımı atmağa hazıram. Söz verirəm... İnanmırlar, düşünürlər, deputatdır, Ali Məhkəmənin sədri olub, necə yəni biznesi yoxdur... Ali Məhkəmənin sədri olanda da, rüşvət almamışam. Əbülfəz Elçibəy mənə dedi ki, hətta sahə müvəkkili olsaydım belə, bilmirəm, hərəkata qoşulardımmı? Ölüm işi vardı, 1 milyon təklif edirdilər, imtina etdim. Bu, asan iş deyil. Baxmayaraq ki, kiminsə yerini dar eləmirəm... Görünür ki, paxıllıq hissi var ki, zaman-zaman belə iddialar səsləndirirlər. Əgər biznesim olsaydı, seçki vaxtı rəqiblərim dilinə gətirərdi”. (Pravda.az)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR