Nida Xəbər
Təxliyə gerçəkləşdi - Avtobusla Azərbaycana qayıtdılar - VİDEO
Video əlavə olunub.
xxx
Azərbaycan Prezidentinin tapşırığına və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın dünyada yayılan koronavirusa yoluxmasından mümkün qorunması məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyi mütəmadi olaraq onların təxliyəsini həyata keçirir.
Mayın 27-də daha 30 vətəndaşımızın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana qayıdışı təmin olunub. Onlardan 17 nəfəri Hindistanın müxtəlif şəhərlərindən gələn, 13 nəfər isə Gürcüstan ərazisində sağlıq durumu, təhsil və digər məsələlər ilə əlaqədar qalmış vətəndaşlarımızdır.
Hindistandan gələn vətəndaşlarımız Gürcüstan ərazisində qalmadan, səfirliyin təşkil etdiyi avtobuslarla birbaşa sərhədə gətirilib. Oradan isə onların Azərbaycana təxliyəsi təmin edilib.
Qeyd edək ki, 2020-ci ilin mart ayının 13-dən indiyədək Gürcüstan-Türkiyə sərhədindən 223, Gürcüstan-Rusiya sərhədindən 1, Gürcüstanın Kutaisi hava limanından 7 və Tbilisi hava limanından 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Gürcüstan ərazisi vasitəsi ilə təxliyyə olunub. Həmçinin daha 20 vətəndaşımızın Gürcüstanın müxtəlif regionlarından patrul maşınlarının müşayiəti ilə təxliyyəsi həyata keçirilib.
Martın 14-dən aprelin 5-dək Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız üçün dəhliz yaradılıb və həmin dəhliz vasitəsi ilə yüzlərlə vətəndaşımızın geri qayıtması təmin olunub. Həmçinin Gürcüstan-Azərbaycan sərhədi bağlandıqdan sonra ölkəyə qayıtmaq üçün səfirliyə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycanda daimi və ya müvəqqəti yaşamağa icazəsi olan Gürcüstan və digər ölkələrin Gürcüstan ərazisindəki vətəndaşların qeydiyyatı aparılmaqdadır. Səfirlik bu məsələni daim diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyyəsi həyata keçiriləcək.(Azərtac)
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye