Polad Bülbüloğlu: "Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır"
Bizi izləyin

Nida Xəbər

Polad Bülbüloğlu: "Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır"

Azərbaycan 30 ildən çoxdur, torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla müharibə vəziyyətində yaşayır. Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma sülh danışıqları sonsuzadək davam edə bilməz.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS informasiya agentliyində keçirilən “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilkin şərtdir:

"Hansı ki, mütləq şəkildə yerinə yetirilməlidir, amma yerinə yetirilmir. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin sülh danışıqları sonsuza qədər davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız və ən əsası da Ermənistan rəhbərliyi nəzərə almalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm