Azərbaycanla Türkmənistan arasında saziş təsdiq edildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Türkmənistan arasında saziş təsdiq edildi

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişi təsdiq edib.

Publika.az xəbər verir ki, sazişdə hər iki dövlətin səfirliyin yerləşdirilməsi üçün qarşılıqlı torpaq sahələrin ayrılması nəzərdə tutulub.

Layihə haqqında danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, əslində bu parlamentə daxil olan növbəti sazişdir: “Azərbaycan prezidentinin apardığı uğurlu siyasət nəticəsində əlaqələr inkişaf edir. Hər iki ölkənin səfirliyinin vasitəsilə əlaqələrin inkişafı vacibdir. Hər iki ölkədə səfirliklərin yüksək səviyyədə təmin edilməsinə ehtiyac var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm