Xəzərin dibi ilə yol çəkilsin - Deputatdan TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Xəzərin dibi ilə yol çəkilsin - Deputatdan TƏKLİF

“Mən sözsüz ki bu qanun layihəsinə səs verəcəyəm. Bir məsələni həmkarlarımın, ümumiyyətlə hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Yəqin rast gəlmisiniz ki, əsrin böyük layihələrindən biri Norveçdə həyata keçirilib. Norveçin bir başından o biri başına suyun altı ilə dəyəri 40-47 milyard dollar civarında olan yol çəkilir. Həmin o suyun altı ilə çəkilən yolun uzunluğu 1100 kilometrdən artıqdır”.

Publika.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat əlavə edib ki, bizimlə Türkmənistan arasında olan məsafə 300 kilometrdən də azdır. Onları pantonlar vasitəsilə 380 metr suyun dərinliyində həyata keçirirlər: “Xəzərdə isə Türkmənistanla bizim aramızda suyun dərinliyi 200 metrdən bir qədər artıqdır. Bunu ona görə söyləmək istəyirəm ki, həmin layihəni sınaqdan keçiriblər, onun üzərindən böyül tankerlər də üzüb keçib. Hətta qəza olanda, borulara toxunanda da onlar ekoloji problem yaratmayıb. Onlar uzun müddət idi ki, bu layihəni müzakirə edirdilər. Nəhayət 2017-ci ildə layihənin reallaşdırılmasına başladılar. Azərbaycanla Türkmənistan arasında da Xəzərin dibi ilə belə bir yolun çəkilməsi məsələsi gündəmə gəlsə, baxmayaraq ki məsafə də azdır - Çindən tutmuş bütün Orta Asiya ölkələri, Avropa İttifaqı, ümumiyyətlə Çindən başlayan “Bir kəmər bir yol” layihəsinin üzərində olan ölkələr buna maliyyə dəstəyi verə bilərlər. Əlbəttə bu gələcəyin işidir, amma indidən bunun müzakirəyə çıxarılması diskussiyaların aparılması hesab edirəm ki, önəmli olar. Ona görə də diqqətinizi buna yönəltmək istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm