Nida Xəbər
“Əlimizdə olan sənədlərdən yetərincə istifadə etmirik” - Erkin Qədirli
Düşünürəm ki, biz siyasətçilər əlimizdə olan sənədlərdən yetərincə istifadə etmirik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. 822 saylı qətnamə Kəlbəcərlə bağlıdır. Diqqətlə baxanda görürük ki, sənəddə bir neçə məqamı arqument kimi istifadə etməmişik.
Publika.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Erkin Qədirli səsləndirib.
O deyib ki, ötən gün Şuşa ilə bağlı yaranan vəziyyətə görə çıxış etmək qərarına gəlib:
“Sözügedən qətnamədə bəzi məqamlara diqqət çəkmək istərdim. Qətnamədə birinci hissə Azərbaycan-Ermənistan münasibətlərinin pisləşməsidir. Bu, beynəlxalq konteksdir. İkincisi, silahlı qarşıdurmadan bəhs olunur. Üçüncüsü, sənəddə işğal faktı qeyd edilmir.
Sözsüz ki, daxili münaqişələrdə işğal faktı olmur. İşğal iki ölkə arasında baş verən müharibə zamanı ortaya çıxır. Ancaq çox maraqlıdır ki, qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması məqamı qeyd edilib. Sözsüz ki, separatçılar işğalçı sayıla bilməz, çünki söhbət ölkə daxilində baş verən qarşıdurmadan gedir. Amma qətnamədə işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılması tələbi səslənərkən sözsüz ki, Ermənistan silahlı qüvvələri nəzərdə tutulur”.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?