Bu şəxslər üçün imtahan sentyabrda da olacaq, bəziləri isə imtahana buraxılmayacaq - DİM
Bizi izləyin

Nida Xəbər

Bu şəxslər üçün imtahan sentyabrda da olacaq, bəziləri isə imtahana buraxılmayacaq - DİM

İmtahana telefonla gələn abituriyentlərin nəticələri ləğv olunacaq və onlar imtahana buraxılmayacaq.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, nə koronavirus pandemiyası, nə də digər məsələlərə görə, heç kəsə güzəşt edilməyəcək.

DİM sədri qeyd edib ki, buraxılış imtahanları sentyabr ayında da təşkil ediləcək: “Bu imtahanda üzrlü səbəblərdən daha əvvəl buraxılış imtahanında iştirak etməyənlər iştirak edəcək. O şəxslər ki, 10-cu sinifdə öz təhsilini davam etdirmək istəyir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm