Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir - Sabir Rüstəmxanlı
Bizi izləyin

Nida Xəbər

Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir - Sabir Rüstəmxanlı

Pandemiya ilə əlaqədar onlayn dərslər keçirilir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kənddə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı bu məsələnin həll edilməsi üçün müvafiq addım atılmasını vacib sayıb:

“Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsələyə diqqət ayırsın”.

Çıxışında Qarabağ məsələsinə toxunan deputat bunun milli məsələ olduğunu vurğulayıb:

“Bu, heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu, millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzu ətrafında təşkil edilən müzakirələrə qatılsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm