Deputat Baş nazirə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Deputat Baş nazirə müraciət etdi

Tovuz rayonunda oldum, insanlarla görüşüb problemləri ilə maraqlandım. Mən buradan seçicilərin problemini icra orqanlarına çatdırmaq istəyirəm.

Publika.az xəbər verir ki, bunu parlamentin növbədənkənar iclasında komitə sədri Qənirə Paşayeva səsləndirib.

Deputat qeyd edib ki, əhalinin gəlir mənbəyi kənd təsərrüfatıdır: “Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün böyük işlər görülüb. Amma suvarma sistemlərinin inkişafı olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Tovzuda kənd təsərrüfatı mövsümü başlayıb. İnsanlar deyirlər ki, bu il də ötən il olduğu kimi quraqlıq olacaqsa, məhsuldarlıq necə olacaq? Qeyd edim ki, cənab prezident də su sistemlərinin inkişafı, suvarma və suyun ədalətli bölünməsi haqqında danışıb”.

Qənirə Paşayevə əlavə edib ki, Tovuz rayonunda bu problem aradan qaldırmaq üçün iki layihə var: “Mən buradan hökumətə, Baş nazirə müraciət edirəm. Bu layihələrdən biri Zəyəm çayı üzərində su anbarının tikintisidir. Bu, Tovuzla yanaşı Şəmkirin də çoxlu sayda kəndlərinin suvarma problemini həll edə bilər. İkinci layihə Kür çayından nasoslarla su vurularsa, çoxlu sayda kəndlərin problemi aradan qalxar. Bu layihə əvvələrdə olub. Mən hörmətli Baş naziri bu məsələlərə baxmağa dəvət edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm