Tramp müsbət addımlarla yadda qalmaq istəyir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Tramp müsbət addımlarla yadda qalmaq istəyir - ŞƏRH

“Donald Tramp indi özünü prezident yox, prezidentliyə namizəd kimi aparır”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq ABŞ-da irqçiliyə qarşı keçirilən etiraz aksiyalarını və Trampın hadisələrə reaksiyasını belə qiymətləndirib:

“Ümumiyyətlə, ABŞ-da baş verən proseslər, etirazlar daha çox Trampa və indiki hakimiyyətin davranışlarına qarşıdır. İnsanların reaksiyası hakimiyyətin, administrasiyanın bu məsələlərə qeyri-adekvat münasibətindən irəli gəlir. Etirazlar başlayanda Trampın ilk bəyanatlarından biri belə oldu ki, biz bu işlərə qarışmamalıyıq. Bunu yerli hakimiyyət orqanları və Minneapolis şəhərinin rəhbərləri icra etməlidir. O bildirib ki, vəziyyət öz məcrasından çıxanda qarışa bilərik. Bu isə öz növbəsində müəyyən əks reaksiyaya səbəb oldu. Amerikadakı seçkiqabağı prosesdə Trampın rəqibləri də bundan istifadə edərək, öz münasibətlərini bildirdilər. Administrasiyanı effektsiz idarəetmədə günahlandırırlar ki, siz problemləri görə-görə lazımlı işlər görməmisiniz. Bu fonda əlbəttə ki, etirazlar da böyüyür”.

İ.Vəlizadə vurğulayıb ki, Tramp çalışır ki, mənfi proseslərdən, məsələlərdən uzaqlaşsın:

“Ona hazırda reytinq lazımdır. Daha çox müsbət addımlarla yadda qalmaq istəyir. Mənfi səbəbləri isə başqalarının üzərinə atır. Koronavirusun yayılmasında əsas səbəbkar kimi Ümumdünya Səhiyyə Təşkilatını görür. Halbuki ÜST Amerikaya deyirdi ki, sərt tədbirlər görmək lazımdır. Administrasiya son vaxta qədər sərt tədbirlərin icrasını uzadırdı. Bundan əlavə, Çini virusun mənbəyi olmaqda, problemi yaymaqda günahlandırırdı. Ancaq biz bilirik ki, Amerika son aylarda, həftələrdə pandemiyanın episentrinə çevrilib. Cəmiyyət də bu məsələdə ÜST-ü və ya Çini yox, Trampı günahlandırır. İrqçiliyə etiraz aksiyalarında da eyni ssenarini təkrarlayır. Məsuliyyəti öz üzərindən atır. Bu isə etirazların daha da alovlanmasına gətirib çıxarır”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm