Erməniləri güc hesabına danışıqlar masasına əyləşdirmək lazımdır - Deputat
Bizi izləyin

Nida Xəbər

Erməniləri güc hesabına danışıqlar masasına əyləşdirmək lazımdır - Deputat

“Tərtər Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir neçə məsələyə toxundu. Ümumiyyətlə, Ermənistanın tarixi, eyni zamanda Dağlıq Qarabağın tarixi ilə bağlı ölkə başçısı çox mühüm açıqlamalar verdi və bir daha qeyd etdi ki, ermənilərin faşist siyasətinə nəzər salmaq üçün çox uzaq tarixə getməyə ehtiyac yoxdur”.

Bunu Publika.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. O bildirib ki, 1918-ci ildən bəri Azərbaycanın tarixi ərazisi olan İrəvanın ermənilərə verilməsi, Dağlıq Qarabağ ərazisinə ermənilərin köç etməsi onların özü tərəfindən də dəfələrlə etiraf olunub:

“Onlar bir daha bilməlidirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Cənab Prezidentin də çıxışında ən mühüm məqam məhz bu idi. Digər bir məsələ isə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün birinin həbs edildiyi və gələcəkdə də digərinin həbs ediləcəyi ehtimal olunan qondarma “Dağlıq Qarabağ respublikası”nın keçmiş rəhbərlərinin həqiqətən cinayətkar olduqlarını həm erməni xalqı, həm də bütün dünya bildi. Hər kəsə məlumdur ki, bunlar hansı cinayətləri törədiblər və bunun hesabına hətta Ermənistanda hakimiyyətə gəliblər.

Digər məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən sülh yolu ilə həll olunması istiqamətində müvafiq addımların atıldığını bilirik və bu istiqamətdə də biz sülhü dəstəkləyirik. Lakin Azərbaycan güclü bir dövlətə çevrilir və çevrilməkdədir. Güc hesabına erməniləri danışıqlar masasına əyləşdirmək lazımdır. Əks halda biz öz səlahiyyətimizdən və hüququmuzdan istifadə edərək münaqişəni məhz anti-terror əməliyyatları keçirməklə həll etmək iqtidarındayıq. Həm qlobal, həm də regional dövlətlər bizi dərk etməli və başa düşməlidirlər. Həmin an yetişəndə biz bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağıq. Bunu heç kimdən soruşmadan edəcəyik. Bu məsələ tək regional dövlətlər üçün deyil, eyni zamanda qlobal dövlətlər üçün də əsas məsələ olmalıdır. Biz bunu öz gücümüzə həll etməyə hazırıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm