Prezident Avropa Şurasının riyakar mahiyyətini ortaya qoydu - RƏY
Bizi izləyin

Nida Xəbər

Prezident Avropa Şurasının riyakar mahiyyətini ortaya qoydu - RƏY

“Avropa Şurasının Azərbaycanla bağlı hər hansı münasibətinin bundan sonra bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, ölkə Prezidentinin Tərtərə səfəri zamanı açılış mərasimləri ilə yanaşı, həm də mühüm siyasi bəyanatların verilməsi diqqət cəlb etdi:

“İlham Əliyevin açılışdakı çıxışı zamanı Avropa Şurasının riyakar hərəkətlərini vurğulaması həqiqətlərdən xəbər verir. Haqlı olaraq ölkə Prezidenti bildirdi ki, bütün dünya qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı seçkiləri pislədiyi halda Avropa Şurası bu məsələ ilə bağlı səsini çıxarmadı. Ölkə başçısı qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və əksər dünya dövlətləri bu seçkilərin qeyri-legitim olduğunu bildirərək, onu tanımadıqlarını bəyan etdilər. Avropa Şurası belə bir biabırçı və separatçılıq zəmnində boy atmış hərəkatın qondarma seçkilər keçirməsinə nədənsə susdu. O səbəbləri belə izah edir ki, Avropa Şurası bu məsələlərdə axıra qədər səmimi ola bilmədi və Azərbaycana qarşı ürəyində bəslədiyi nifrəti açıq büruzə verərək bu seçkilərin keçirilməsinə, onun nəticələrinə laqeyd münasibət bəslədi.

Prezident bildirdi ki, demokratiyadan, insan haqlarından dəm vuran Avropa Şurasının Azərbaycan dövlətinin sərhədləri daxilində aparılan bu seçki oyununa biganə münasibət bəsləməsi onun Azərbaycan dövlətçiliyinə qarşı siyasi mövqeyi ilə bağlıdır. Avropa Şurasında bir sıra qüvvələr var ki, bu qüvvələr Azərbaycanın inkişafını, ərazi bütövlüyünün formalaşmasını istəməyərək, bu istiqamətdə ölkəmizə qarşı müxtəlif təxribatlar törədir. Elə bu təxribatların ən bariz nümunəsini separatçıların Dağlıq Qarabağda keçirdiyi saxta seçkilərə susqunluğunda gördük. Bu təşkilatın susqunluğu onun əsl mahiyyətini, demokratiyaya və digər elan etdiyi dəyərlərə nə dərəcədə sadiq olduğunu əyani surətdə nümayiş etdirir”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm