Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizədə uğurla çalışır - Deputat
Bizi izləyin

Nida Xəbər

Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizədə uğurla çalışır - Deputat

"Azərbaycan dünyada pandemiya ilə mübarizədə uğur qazanan ölkələr sırasındadır. Bu uğurun təməlində Prezident İlham Əliyevin zamanında atdığı müvəffəqiyyətli addımlar dayanır. Bu addımlar pandemiyaya qədər olan dövrdə Azərbaycanda səhiyyəyə göstərilən diqqəti, səhiyyə müəssisələrinin müasirləşdirilməsini və hər bir kritik, böhranlı anda mübarizəyə hazır olmasını əhatə edir. Bundan əlavə, pandemiya martın 11-də elan olunanda Azərbaycan ilk olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığa keçdi və ölkəmizə müasir avadanlıqlar gətirilərək, bu təşkilatın tövsiyələrini rəhbər tutaraq mübarizə tədbirlərinə başlandı".

Bunu Publika.az-a danışan deputat Azər Badamov deyib. O bildirib ki, ilkin olaraq nəticə müsbət olub və virusa yoluxma sürəti çox aşağı səviyyəyə enib. Deputatın sözlərinə görə, karantin rejimində edilən müəyyən yumşalmalar insanlara sərbəstlik verib və bəzi şəxslərin karantin tədbirlərinə məsuliyyətsiz yanaşması yoluxmaların dinamikasında artıma səbəb olub:

"Son 10 günün dinamikası heç də ürəkaçan deyil. Ona görə də həftəsonu qapanma tədbirlərinə, qanunvericiliklə cərimələrin tətbiq olunmasına başlandı. Bütün bunlar təbii ki, insanların sağlamlığı üçün görülən işlərdir. Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə uğurlu addımlar atır və bu prosesdə vətəndaşların da yaxından iştirakı mütləq şəkildə vacibdir. Atılan hər bir addım insanların sağlamlığına xidmət edir. Bu gün Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizədə uğurla çalışır və səhiyyənin bu mübarizədə heç bir problemi yoxdur. Yoluxmaların gələcəkdə artacağı təqdirdə səhiyyədə böhranlı vəziyyətin yaranmaması üçün ölkə başçısının sərəncamı ilə tikilməyə başlanan 10 modul tipli xəstəxana xüsusi ehtiyat tədbirləri olaraq əhəmiyyətli rol oynayacaq. Artıq 4 xəstəxananın açılışı olub. 6 xəstəxananın açılışı isə bu ayın sonuna qədər yekunlaşacaq".

A.Badamov qeyd edib ki, virusa yoluxan xəstələrin sayının artacağı təqdirdə, görülən işlər hər bir situasiyada və bu mübarizədə Azərbaycan səhiyyəsinin hazır olması məqsədi daşıyır:

"Çox sevindirici haldır ki, bu gün modul tipli xəstəxanalarda xəstələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Bu bizim səhiyyəmizin inkişafının yüksək göstəricisidir. Amma heç kəs yoluxmaların artacağından sığortalanmayıb. Əgər yoluxma sayı artarsa, inşa olunan yeni modul tipli xəstəxanalar da bu işə cəlb olunacaq. Bu xəstəxanalar birbaşa olaraq infeksiya ilə mübarizədə ixtisaslaşmış mərkəzlərdir. Düşünürəm ki, hər bir situasiyada Azərbaycan dövləti atdığı addımları ilə bu mübarizədə qalib gələcək. Vətəndaşlar da öz sosial məsuliyyətlərini dərk etməli və karantin rejiminin tələblərinə riayət edərək bu prosesdə daha effektli nəticələrin əldə olunmasına öz töhfələrini verməlidirlər".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm