Avropa Parlamentinin bəyanatı Azərbaycanın diplomatik qələbəsidir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Avropa Parlamentinin bəyanatı Azərbaycanın diplomatik qələbəsidir - ŞƏRH

“Avropa Parlamentinin Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı ATƏT başda olmaqla digər mötəbər təşkilatlara nümunə olmalıdır”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev Avropa Parlamentinin mötəbər şəxslərinin və mötəbər qurum rəhbərlərinin birgə bəyanatının Azərbaycanın növbəti diplomatik qələbəsi olduğunu bildirib:

“Çünki burada ölkəmizin ərazilərinin işğal altında olması ifadəsinin işlədilməsi artıq özlüyündə Qarabağ probleminin məhz Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmasını bir mahiyyət və məzmun olaraq ortaya qoyur. Açığını deyim ki, beynəlxalq sənədlərdə “Azərbaycanın işğal olunmuş əraziləri” ifadəsinə biz çoxdandır rast gəlmirdik. 2015-ci ildə Avropa Şurasının qəbul etdiyi ilk qətnamədə bunu görmüşdük. Sonrakı dövrdə Avropada bəzi təşkilatlar da belə ifadələr işlətdilər. Amma demək olar ki, ən yeni dövrdə Avropa Parlamentinin məruzəçilərinin bəyanatlarında səsləndirdiyi bu fikir Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini ifadə etməkdə çox böyük əhəmiyyət daşıyır.

Bu bəyanat Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll olunmasının birbaşa bütün dünyaya bəyan olunmasıdır. Xüsusilə, burada infrastrukturun dəyişdirilməsi və işğalın nəticələrinin qanuniləşdirilməsi üçün qanunsuz addımların atılması, əhalinin qanunsuz yerləşdirilməsi kimi məsələlər ön plana keçir. Bu, növbəti dəfə Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk qrpunun həmsədri olan ölkələrə bir xatırlatmadır”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm