TÜRKPA komissiyasının onlayn iclası keçirilib
Bizi izləyin

Nida Xəbər

TÜRKPA komissiyasının onlayn iclası keçirilib

İyunun 15-də TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirilib.

Publika.az xəbər verir ki, iclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.

İclasın açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi və bu tarixi günün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Əhliman Əmiraslanov sərhəd tanımayaraq qısa zaman ərzində bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verib. İlk sessiyaya komissiyanın sədri akademik Əhliman Əmiraslanov sədrlik edib. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etdilər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə edilib.

İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq edib. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.

Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak ediblər.

Bununla da TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn iclası başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm