Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir: bələdiyyələr haqqında QƏRAR - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir: bələdiyyələr haqqında QƏRAR - (YENİLƏNİR)

Milli Məclisin bugünkü plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuş oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, qanun layihəsinin müzakirəsində bir sıra deputatlar bələdiyyələrin problemlərini gündəmə gətirib.

Deputat Jalə Əliyeva çıxışında bələdiyyələrin maliyyə problemlərini, gəlirlərinin olmamasını diqqətə çatdırıb.

Deputat Aqiyə Naxçıvanlı isə bələdiyyələrə datasiya ayrılmasını təklif edib.

Deputat Vüqar Bayramov isə bildirib ki, təklif olunan qanun layihəsində sənədlərə baxılma müddətinin azaldılmasını təklif edib: “Sənəddə göstərilir ki, bələdiyyə təqdim olunan sənədə 45 iş günü ərzində baxa bilər. İş günlərini nəzərə alsaq, bu müddət aylar çəkə bilər. Ona görə də düşünürəm ki, bu müddətin azaldıması vacibdir”.

Deputat Rauf Əliyev isə bələdiyyələrin sənəd verə bilməməsi ilə bağlı məsələni gündəmə gətirib: “Bu gün Xəzər rayonunda 20 min insan sənədsiz evdə yaşayır. Bu, onunla bağlıdır ki, bələdiyyələr sənəd verə bilmir. Bələdiyyələrin xəritəsi belə yoxdur və onlar torpaqlarının yerini belə bilmir. Seçicilər bizə müraciət edir ki, işıqla, qazla, su ilə bağlı problemlər var. Biz o problemləri aidiyyatı qurumlar qarşısında qaldırırıq, amma evlər sənədsiz olduğu üçün məsələ həll olunmur”.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

Ötən il büdcəyə 7,7 faiz qənaət edilib.

Publika.az xəbər verir ki, bunu parlamentin iclasında komitə sədri Musa Quliyev deyib.

Musa Quliyev təklif edib ki, ötən il büdcəsindən edilən qənaət özünüməşğulluğa istiqamətləndirilməlidir.

******

11:04

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Tarixdə ilk dəfədir Türkiyə nümayəndəsi bu vəzifəyə seçilib.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri bu münasibətlə V.Bozkırı təbrik edib. Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.

Milli Məclisin deputatları çıxışlardan sonra bu münasibətlə onu alıqşlayıblar.

*****

11:04

“Avropa İttifaqının bir çox ölkəsi ilə Azərbaycanın sıx əlaqəsi mövzcuddur. Avropa İttifaqı ilə yeni saziş imzalamaq ərəfəsindəyik. Artıq sənədin 90 faizi hazırdır”.

Publika.az verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, Prezidentin Şərq Tərəfdaşlıq Formunda çıxış edərək Ermənistanı bir daha dünya qarşısında açıq mətnlə ifşa etdi: “Ermənistan danışıqlar prosesini pozur və beynəlxalq hüquqa əməl etmir. Prezidentin bu çıxışı qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən susmağa məcbur oldu. Möhtərəm prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan mövqeyini beynəlxalq aləmdə qətiyyətlə qoruyur”.

*****

11:04

Parlamentin iclası başladı Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclas spiker Sahibə Qafarovanın sədirliyi ilə keçirilir.

İclasın gündəliyinə 17 məsələ daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm