QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlar dəyişdirilməlidir - Deputat
Bizi izləyin

Nida Xəbər

QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlar dəyişdirilməlidir - Deputat

QHT-lərin təsis sənədləri haqqında qanuna edilən dəyişiklik, sənədlərin elektron qaydada qəbul edilməsi yaxşı haldır, amma bu, inqilabi dəyişiklik deyil. Sadəcə olaraq əvvəl kağız formasında verilən sənədlər indi elektron qaydada qəbul ediləcək.

Publika.az xəbər verir ki, bu sözləri “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Razi Nurullayev əlavə edib ki, bəzi saytlarda bu, inqilabi dəyişiklik kimi təqdim edilir: “Güya ki, bununla da QHT-lərin problemləri həll olunacaq. Burada dəfələrlə həmkarım Azay Quliyev də, mən də demişəm ki, QHT-lərin işini asanlaşdırmaq üçün bir neçə il əvvəl QHT-lərin fəaliyyətini məhdudlaşdırılması ilə bağlı qəbul olunan qanunlar dəyişdirilsin. Yalnız bu halda QHT-lərin problemləri həll oluna bilər. Bu qanunun baxılmasını maksimum dərəcədə tezləşdirmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm