Azərbaycanda yüksək vəzifəyə təyinat oldu - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda yüksək vəzifəyə təyinat oldu - VİDEO

Video əlavə edilib.

*****

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Publika.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm