Parlament fəaliyyətini başa vurdu - Deputatlar tətilə yollanır
Bizi izləyin

Nida Xəbər

Parlament fəaliyyətini başa vurdu - Deputatlar tətilə yollanır

Milli Məclisin növbdənkənar sessiyasının sonuncu plenar iclası başa çatıb.

Publika.az xəbər verir ki, bununla da deputatlar yay tətilinə çıxıblar.

Onlar sentyabrın 15-dən tətildən geri qayıdacaqlar. Növbədənkənar sessiyanın 8 plenar iclası keçirilib. Bu iclaslar zamanı 35 qanun qəbul edilib.

Qeyd edək ki, bu gün keçirilən sonuncu plenar iclasda 7 məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihələrinə dəyişiklik eyni mahiyyət üzrə aparılıb.

*****

11:14

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirə olunub.

Publika.az xəbər verir ki, dəyişikliklə qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

*****

11:07

Milli Məclisin nöbbədənkənar sessiyasının plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclası spiker Sahibə Qafarova aparır.

Deputatların gündəliyinə 7 qanun layihəsi təqdim edilib.

Qanun layihələrinin hamısı üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu, növbədəkənar sessiyasının sonuncu iclasıdır. Qərara əsasən, ehtiyac yarandığı halda, 15 iyul tarixinə qədər iclas salına bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm