Nida Xəbər
"Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir" - Qüdrət Həsənquliyev
"Ölkəmiz BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir"
Publika.az xəbər verir ki, bunu Bütöv Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Su qıtlığının aradan qaldırılması üçün atılmalı olan zəruri addımlardan danışan partiya sədri bildirib ki, ilk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır:
"Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə, Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin, bol yağışlar yağsın".
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO