ATV-nin məşhur aparıcısı ÇƏTİN DURUMDA: Anası koronavirusa yoluxdu və... - FOTO
Bizi izləyin

Nida Xəbər

ATV-nin məşhur aparıcısı ÇƏTİN DURUMDA: Anası koronavirusa yoluxdu və... - FOTO

ATV telekanalının xəbər aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə aparıcı özü sosial media hesabında yazıb.

P.Əsgərli bunları qeyd edib: “Bu gün səhər anamın "artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19-dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdəki ihalyasiya aparatı ilə yatıb durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir.

Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam - anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstü keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır bu xəstəlikdə. Ən yaxşı halda - qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!”

Pervin Esgerrli adlı şəxsin şəkli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm