Rusiya Azərbaycanın hava məkanından İrana zərbə endirib? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Rusiya Azərbaycanın hava məkanından İrana zərbə endirib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə məsələyə münasibət bildirib .

Nazirlikdən Publika.az-a bildiriblər ki, Ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: "Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm