Ağdərənin ermənilər tərəfindən işğalından 27 il keçir
Bizi izləyin

Nida Xəbər

Ağdərənin ermənilər tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir.

Publika.az-ın məlumatına görə, işğaldan əvvəl Ağdərənin ərazisi 1705 km², əhalisi 44,4 min nəfər olub.

Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır.

Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Onlar dövlətin qayğısı ilə əhatə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm