Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"
Bizi izləyin

Nida Xəbər

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

“Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

Publika.az xəbər verir ki, məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır: “Bu da iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm