BMT-nin Baş katibi Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirir - Elman Məmmədov
Bizi izləyin

Nida Xəbər

BMT-nin Baş katibi Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirir - Elman Məmmədov

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə Baş katib qısa müddətdə cavab verdi. Bu tədbirin keçirilməsinin təşəbbüskarlığı, onun Baş katib tərəfindən bəyənilməsi və pandemiyaya qarşı mübarizədə Azərbaycanın dünya dövlətləri ilə olan münasibətləri, həmrəyliyi və 30-dan çox dövlətə bu sahədə yardımı BMT tərəfindən yüksək qiymətləndirilir”.

Bunu Publika.az-a açıqlamasında deputat Elman Məmmədov deyib.

O qeyd edib ki, bütün dünya ölkələrinin həmrəyliyə, birliyə çağırılması Baş katib Antonio Quterreş tərəfindən yüksək dəyərləndirildi:

“Ümumiyyətlə, bu fəlakat baş verən gündən ölkəmizin gördüyü işlər, tutduğu mövqe təkcə Azərbaycan üçün yox, beynəlxalaq miqyasda bu sahədə görülən işlərə çox böyük töhfə, dəstək və nümunədir. Buna görə də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanla əməkdaşlığı çox yüksək dəyərləndirir və təşəbbüslərimizi, bu sahədə görülən işləri bəyənir. Bu istiqamətdə Azərbaycan – BMT əməkdaşlığı təbii ki, bütün bəşəriyyətə lazım olan bir əməkdaşlıqdır və bu təşəbbüs dünyanın xilasına yönəlib. Bu da yüksək qiymətləndirilməlidir. Bu, hər bir düzgün əqidəli və düzgün düşünən dövlət başçısı, siyasi rəhbər və ictimaiyyət nümayəndəsi tərəfindən bəyənilməlidir. Rüsvayçı, işğalçı, faşizm ideologiyasına xidmət edən cırtdan bir dövlətdən başqa hər kəs bizi dəstəkləyir. 130 ölkə bizim təşəbbüsümüzə dəstək göstərdi. Bu təbii ki, alqışalanmalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm