Nida Xəbər
Naxçıvanda taktiki təlimlər davam edir
Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.
Ordunun mətbuat xidmətindən bildirilib ki, taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı, hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.
Təlimə cəlb edilmiş bölmələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.
Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.
Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.
Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət