Nida Xəbər
Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI
Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.
Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.
Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!