Rusiya XİN-dən Tovuz döyüşlərinə münasibət: “Toqquşmalar davam edir”
Bizi izləyin

Nida Xəbər

Rusiya XİN-dən Tovuz döyüşlərinə münasibət: “Toqquşmalar davam edir”

Rusiya Azərbaycan və Ermənistana atəşkəs şərtlərinə əməl etmək çağırışı edib.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı tərəfləri atəşkəs şərtlərinə əməl etməyə dəvət edirik.

“İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində gərginliyindən artmasından narahatıq. Məlumatımıza görə, toqquşma hələ də davam edir, ölü və yaralılar var. Ölənlərin ailələrinə başsağlığı veririk”, - Rusiya XİN bəyan edib.

Məlumatda Rusiyanın tərəflər arasında gərginliyin aradan qaldırılması məqsədilə yardım göstərəcəyi də bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm