Çavuşoğlu: "Ermənistan ağlını başına yığsın"
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu: "Ermənistan ağlını başına yığsın"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsi zamanı Tovuzda baş verən erməni təxribatlarından danışıb.

Publika.az xəbər verir ki, XİN başçısı Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan edib.

‘‘Әlbǝtdǝ Azǝrbaycan lazımi cavabı verdi vǝ bu hücumun qarşısını aldı. Burada bir mǝqam nǝzǝrlǝrǝ çarpır ki, Ermǝnistan xüsusilǝ işğal etdiyi torpaqlardan diqqǝti başqa yerlǝrǝ çǝkmǝyǝ çalışır’’, - nazir bildirib.

Çavuşoğlı bu günǝdǝk Ermǝnistanın heç bir hǝll yoluna yaxın gǝlmǝdiyini vurğulayaraq bildirib ki, Ermǝnistanın etdiklǝri qǝbul edilǝ bilmǝz: "Ermǝnistan ağlını başına yığsın. Azǝrbaycan yalnız deyil. Türkiyǝ bütün imkanları ilǝ Azǝrbaycanın yanındadır".

Türkiyǝnin Azǝrbaycanın ǝrazi bütövlüyünün qorunması üçün ǝlindǝn gǝlǝn hǝr növ dǝstǝyi verǝcǝyini qeyd edǝn Çavuşoğlu deyib:

‘‘Azǝrbaycan işğal edilmiş torpaqlar vǝ Qarabağ mǝsǝlǝsindǝ hansı hǝll yoluna üstünlük verirsǝ biz Azǝrbaycanın yanında olacağıq. Azərbaycan yalnız deyil. Bu gün cənab İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağırıb. Bu dəyərləndirmələrdən sonra Xarici İşlər nazirinə zəng edəcəm və müzakirələr aparacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm