Nida Xəbər
Pakistandan Azərbaycana BÖYÜK DƏSTƏK
"Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".
Publika.az xəbər verir ki, bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanatında əksini tapıb.
"Pakistan Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı veririk.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxaran ciddi təhlükə yaradır.
Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq birliyi yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur", - Pakistan XİN-nin bəyanatında vurğulanıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK