• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Qüvvələrimiz təxribatların qarşısını almağa qadirdir - Vaqif Dərgahlı

Qüvvələrimiz təxribatların qarşısını almağa qadirdir - Vaqif Dərgahlı

Həmişə olduğu kimi, vəziyyəti gərginləşən düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı deyib.

“Düşmən mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Amma Azərbaycan xalqı bilsin ki, Silahlı Qüvvələrimiz bu təxribatların qarşısını almağa qadirdir və hazırda da bu işlər həyata keçirilir”, - o bildirib.

V.Dərgahlı qeyd edib ki, düşmən xəttinin dərinliklərində olan atəş qüvvələri zərərsizləşdirilir:

“Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı cavab əməliyyatı davam edir və əməliyyat şəraiti Ordumuzun tam nəzarətindədir”.

V.Dərgahlı qeyd edib ki, ordumuz düşmənin başını əzmək istiqamətində tədbirləri davam etdirəcək.

“Ordumuzun böyük ruh yüksəkliyi ilə həyata keçirəcəyi əməliyyatlar davam edir”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR