Şəhid gizir İlqar Zeynallı torpağa tapşırıldı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Şəhid gizir İlqar Zeynallı torpağa tapşırıldı - VİDEO

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan gizir Zeynallı İlqar Ayaz oğlu dəfn edilib.

Publika.az xəbər verir ki, şəhidin nəşi doğulub boya-başa çatdığı Tovuzun Cəlilli kəndində torpağa tapşırılıb.

Dəfndə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Zeynallı İlqar Ayaz oğlu 1995-ci ildə anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm