General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olundu - VİDEO/FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olundu - VİDEO/FOTO - (YENİLƏNDİ)

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

xxx

xxx

Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunur.

Publika.az xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm