Azərbaycan və Ermənistan XİN başçılarının görüşü payızda keçirilə bilər
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü payızda keçirilə bilər

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüş payızın əvvəllərində keçirilə bilər.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirib ki, bunun üçün iki ölkənin münasibətləri, habelə koronavirus pandemiyası ilə bağlı əlverişli vəziyyət yaranmalıdır.

Mənbəyə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində təmaslar daimi şəkildə, gündəlik olaraq həmsədrlər arasında davam edir.

“Hazırda başlıca məqsəd Azərbaycanla Ermənistan sərhədində hələ də xeyli yüksək olan gərginliyi azaltmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik çözüm axtarışlarını fəallaşdırmaqdır” - deyən mənbə sözügedən görüşün istənilən yerdə keçirilə biləcəyini də qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm