• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR

Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR

Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir .

Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb .

Lisey üzrə digər meyarlar aşağıdakılardır:

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

- müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

- istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

- ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

- ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR