TBMM sədri Azərbaycan xalqını təbrik etdi
Bizi izləyin

Nida Xəbər

TBMM sədri Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Bu barədə Milli Məclisin Mətbuat və ictiamiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumatda deyilir.

Bildirilib ki, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm