Milli Məclisin deputatları seçkiləri izləmək üçün Belarusa səfər edəcəklər
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin deputatları seçkiləri izləmək üçün Belarusa səfər edəcəklər

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcəklər.

Publika.az xəbər verir ki, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcək.

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy veriləcək. Səfər avqustun 11-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm