• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Pandemiyanın zərərləri özünü göstərməkdədir - Deputat

Pandemiyanın zərərləri özünü göstərməkdədir - Deputat

Milli Məclis ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Musa Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur. Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olub. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir.

Qanun layihəsi ilə bağlı çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.

Qanun layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, işsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 milyon manat proqnoza qarşı 58,5 milyon manat vəsait daxil olmaqla, proqnoza 109,2 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 milyon manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 milyon manat və ya 24,5 faiz çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 milyon manat və ya 45,3 faiz, qeyri-büdcə sektoru üzrə 5,8 milyon manat və ya 16,8 faiz çoxdur.

Diqqətə çatdırılıb ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonunda işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin (bu vəsait 23 milyon manat təşkil edir) növbəti ilə yönəldilməsidir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR