Baş Prokurorluqda 8 qadın yüksək vəzifələrə təyin edildi
Bizi izləyin

Nida Xəbər

Baş Prokurorluqda 8 qadın yüksək vəzifələrə təyin edildi

"Mayın 1-dən bu günədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub".

Publika.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə - Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm