Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Bizi izləyin

Nida Xəbər

Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi

Bugünkü növbədənkənar sessiyanın ilk plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, Fondun gəlir və xərcləri artırılır, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Belə ki, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm